Müştəri Xidməti

Müştəri xidməti!

Fəaliyyət göstərdiyimiz illər ərzində sizlər üçün müştəri xidməti xətləri və satışdan sonrakı xidmət qurmuşuq. Belə ki, yaşadığı şəhərdən asılı olmayaraq, Deon Design mebeli almış hər bir müştərimiz sonrakı periodlarda yarana biləcək istənilən problem, nasazlıq barəsində bizə müraciət edə bilər. Hər bir sorğu, istər zəmanət müddəti çərçivəsində, istərsə də zəmanət müddətindən sonra diqqətlə araşdırlır və müvafiq olaraq həll edilir.

Zəmanət!

İstehsal etdiyimiz mebel həmçinin bir sıra məhsulların istehsal prosesinin hər bir mərhələsində: xammal alışından başlayaraq məhsulların paketlənməsinə qədər bütün proseslər ciddi keyfiyyət nəzarətindən keçir. Belə yanaşmamızın nəticəsidir ki, bütün mebel məhsullarımıza zəmanət veririk. Bununla belə, istənilən mebel modelimizi almaqla Siz ömür boyu etibar edə biləcəyiniz keyfiyyət əldə edirsiniz. Çünki, biz hər bir mebel və məhsulumuza sevgi və nəvazişlə yanaşırıq. Sizin üçün istehsal edirik. Sizin xidmətinizdəyik!

Sürətli çatdırılma və quraşdırma!

Deon Design bir çox məhsullarda sizə pulsuz çatdırma və quraşdırma xidməti təqdim edir. İstənilən sifarişi, istənilən miqdarda mebel və məhsul alın , biz qısa zaman ərzində aldığınız mebel və məhsul ünvanınızda olacaqdır. Lazım gələrsə xüsusi təlim keçmiş montaj qrupumuz operativ şəkildə və peşəkar səviyyədə mebelinizi və məhsulunuzu ən qısa müddət ərzində quraşdıracaqdır.